Toni Kroos İtaliya yolunda
26.12.2023 - 21:46
Toni Kroos İtaliya yolunda

"Yuventus" alman futbolçuya elçi düşüb.

Apasport.az xəbər verir ki, “qoca sinyora” yarımmüdafiəçi Toni Kroosla maraqlanır.

Artıq Madrid “Real”ı ilə danışıqlara strat verən italyanlar yanvarda 33 yaşlı təcrübəli futbolçunu heyətə qatmağı planlaşdırırlar. 2014-cu ildən “kral klubu”nun şərəfini qoruyan Kroosun komanda ilə razılaşması mövsümün sonunda başa çatacaq. 

Qeyd edək ki, bu mövsüm 23 görüşdə iştirak edən Toni Kroos 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0