Toni Kroos: “Millətlər Liqası nəyə lazımdır?”
17.02.2023 - 12:26
Toni Kroos: “Millətlər Liqası nəyə lazımdır?”

“Düşünürəm ki, biz ancaq UEFA-nın mövqeyini bilirik və bunu çox eşidirik. Bəs UEFA-nın heç kimin istəmədiyi Millətlər Liqasını təşkil etməsi nəyə lazımdır? Bax bu sualı verməyə heç kimin cürəti çatmır”. 

Apasport.az saytı xəbər verir ki, bunu "Real"in yarımmüdafiəçisi Toni Kroos Avropa Super Liqası kontekstində Millətlər Liqasını tənqid edərkən deyib.

Avropa Super Liqasının yaradılması kimi təkliflərə qulaq asmağı vacib hesab etmədiyini bildirən 33 yaşlı alman yarımmüdafiəçi “hiss olunur ki, daha bizi dinləmirlər” deyə fikirlərini tamamlayıb.

Qeyd edək ki, 21014-cü ildən “kral klubu”nda çıxış edən Kroos bu mövsüm 30 matçda 2 qol vurub və 4 assist edib.

writer photo
Əlirza Əlirzalı
0