“Tottenhem” “Bavariya”ya görə tələsir
23.09.2022 - 16:33
“Tottenhem” “Bavariya”ya görə tələsir

“Tottenhem” futbolçusu Harri Keynlə yeni müqavilə imzalamağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu DÇ-2022-nin startına qədər anlaşmanı uzatmaq fikrindədir.

Londonluları tələsməyə “Bavariya” vadar edir. Almaniya klubu Keyni heyətinə qatmaqda israrlıdır. “Tottenhem” isə hücumçunu itirməmək üçün yeni sözləşmə imzalamağı çıxış yolu görür.

Qeyd edək ki, Harri mövsümün 9 matçında 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0