“Tottenhem” gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb
16.08.2024 - 22:58
“Tottenhem” gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni transferlə gücləndirib.

Apasport.az xəbər verir ki, London təmsilçisi "Börnli"dən Vilson Odobert transferini rəsmiləşdirib.

19 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. "Tottenhem" bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, Odobert ötən mövsüm 1:4 məğlubiyyətlə başa çatan "Çelsi"yə qarşı matçda qol vuraraq "Börnli"nin Premyer Liqa tarixində qol vuran ən gənc oyunçusu ünvanını qazanmışdı.

writer photo
Əlirza Əlirzalı
0