“Tottenhem” Keyni 100 milyona satır
10.08.2023 - 17:30
“Tottenhem” Keyni 100 milyona satır

Harri Keyn “Bavariya”ya keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu hücumçunun keçidi ilə bağlı onun müqavilə ilə məxsus olduğu “Tottenhem”in razılığını alıb.

İngiltərəli forvard üçün Premyer Liqa klubuna 100 milyon avro ödəniləcək. “Bavariya”nın əvvəlki iki təklifini rədd edən London təmsilçisi sonda Keyni satmağa razılıq verib.

Qeyd edək ki, hücumçu ötən mövsümün 49 matçında 32 qola imza atıb. 
 

writer photo
Əlirza Əlirzalı
0