"Trabzonspor" - "Fənərbaxça" (2:3) matçından sonra Qara Dəniz təmsilçisi sosial mediada edilən şərhlər və paylaşımlarla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, ev sahibi komanda 347 sosial media istifadəçisi və 5 idman şərhçisi haqqında cinayət işi açıldığını bildirib.
“İctimaiyyətin nəzərinə çatdırmaq istərdik ki, klubumuza qarşı əsassız ittihamlar və iddialar irəli sürənlərin əvvəllər etdiyimiz kimi ədalət qarşısında cavab verməsi üçün prosesin sonuna qədər izləyəcəyik”, - deyə klubun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.