Transferinə ən çox xərc çəkilən 10 FUTBOLÇU
03.07.2022 - 17:48
Transferinə ən çox xərc çəkilən 10 FUTBOLÇU

Karyerası ərzində transferinə ən çox xərc çəkilən futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Ulduz futbolçu bu yay 8 milyon avro müqabilində “Çelsi”dən “İnter”ə icarəyə verilməklə liderliyini bir qədər də möhkəmlədib. Ancaq PSJ-nin hücumçusu Neymarın “Çelsi”yə transferi baş tutsa, braziliyalı rekordu qıracaq.

İlk “üçlüy”ün son sakini olan Kriştiano Ronaldonun indiyə qədər transferinə isə ümumilikdə 245 milyon avro xərclənib.

1. Romelu Lukaku – 333,56 milyon avro
“Anderlext”dən “Çelsi”yə: 15 milyon
“Çelsi”dən “Everton”a: 38,86 milyon
“Everton”dan “Mançester Yunayted”ə: 84,70 milyon
“Mançester Yunayted”dən “İnter”ə: 74 milyon
“İnter”dən “Çelsi”yə: 113 milyon
“Çelsi”dən “İnter”ə: 8 milyon

2. Neymar - 310 milyon avro
“Santos”dan “Barselona”ya: 88 milyon
“Barselona”dan PSJ-yə: 222 milyon

3. Kriştiano Ronaldo - 245 milyon avro
“Sportinq”dən “Mançester Yunayted”ə: 19 milyon
“Mançester Yunayted”dən “Real”a: 94 milyon
“Real”dan “Yuventus”a: 117 milyon
“Yuventus”dan “Mançester Yunayted”ə: 15 milyon

4. Alvaro Morata - 189 milyon avro
“Real”dan “Yuventus”a: 20 milyon
“Yuventus”dan “Real”a: 30 milyon
“Real”dan “Çelsi”yə: 66 milyon
“Çelsi”dən “Atletiko”ya: 53 milyon
“Atletiko”dan “Yuventus”a: 20 milyon

5. Antuan Qrizmann - 184 milyon avro
“Real Sosyedad”dan “Atletiko”ya: 54 milyon
“Atletiko”dan “Barselona”ya: 120 milyon
“Barselona”dan “Atletiko”ya: 10 milyon

6. Filipp Koutinyo – 180,30 milyon avro
“Vasko da Qama”dan “İnter”ə: 3,80 milyon
“İnter”dən “Liverpul”a: 13 milyon
“Liverpul”dan “Barselona”ya: 135 milyon
“Barselona”dan “Bavariya”ya: 8,50 milyon
“Barselona”dan “Aston Villa”ya: 20 milyon

7. Kilian Mbappe - 180 milyon avro
“Monako”dan PSJ-yə

8. Anxel Di Mariya - 179 milyon avro
“Rosario”dan “Benfika”ya: 8 milyon
“Benfika”dan “Real”a: 33 milyon
“Real”dan “Mançester Yunayted”ə: 75 milyon
“Mançester Yunayted”dən PSJ-yə: 63 milyon

9. Usman Dembele - 175 milyon avro
“Renn”dən “Borussiya”ya (Dortmund): 35 milyon
“Borussiya”dan (Dortmund) “Barselona”ya: 140 milyon

10. Zlatan İbrahimoviç – 169,10 milyon avro
“Malmö”dən “Ayaks”a: 7,80 milyon
“Ayaks”dan “Yuventus”a: 16 milyon
“Yuventus”dan “İnter”ə: 24,80 milyon
“İnter”dən “Barselona”ya: 69,50 milyon
“Barselona”dan “Milan”a: 30 milyon
“Milan”dan PSJ-yə: 21 milyon
 

writer photo
Əlirza Əlirzalı
0