Rabyo “Dumanlı Albion” arzusunda
24.09.2023 - 17:16
Rabyo “Dumanlı Albion” arzusunda

“Yuventus”un yarımmüdafiəçisi Adrian Rabyo İngiltərə klublarının maraq dairəsinə düşüb.

Apasport.az-ın məlumatına görə, fransalı futbolçu “Mançester Yunayted” və “Nyukasl”a keçə bilər.

Yayda “Yuventus”u tərk etməsi gözlənilən Rabyo sonda komandada qalmalı olmuşdu. Amma onun yenidən Turini tərk etməsi gözlənilir. Fransa yığmasının üzvü karyerasını İngiltərədə davam etdirməyin əleyhinə deyil.

Qeyde edək ki, Adrian 2019-cu ildən “Yuventus”da çıxış edir. O, bu mövsümdə komandanın heyətində dörd oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0