Traore italyanların hədəfində
29.12.2023 - 20:21
Traore italyanların hədəfində

“İnter” və “Napoli” eyni futbolçu uğrunda mübarizə aparırlar.

Apasport.az xəbər verir ki, söhbət "Bornmut"un yarımmüdafiəçisi Hamed Traoredən gedir.

23 yaşlı Fil Dişi Sahilindən olan futbolçu bu mövsümkü oyunu ilə sözügedən komandaların diqqətini cəlb edib. İngilislər bu fürsətdən istifadə edərək, oyunçunu mümkün qədər baha qiymətə satmağa çalışır.

Qeyd edək ki, bu mövsüm 6 matçda forma geyinən Traore rəqib qapılarından 1 top keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0