Tunis millisi baş məşqçisi ilə yollarını ayırdı
25.01.2024 - 13:54
Tunis millisi baş məşqçisi ilə yollarını ayırdı

Tunis millisi baş məşqçisi Jalel Kadri ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Kadri Afrika Millətlər Kubokundakı uğursuzluğa görə istefa verib. 

Tunis millisi Afrika Millətlər Kubokunun E qrupunu 2 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, komanda Kadrinin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0