Türkiyə derbisi Səudiyyə Ərəbistanında
10.10.2023 - 14:47
Türkiyə derbisi Səudiyyə Ərəbistanında

Türkiyə Super kubokunun final oyunu Asiyada olacaq.

Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça” komandaları arasında oynanılacaq final oyunu Səudiyyə Ərəbistanında keçiriləcək.

Son Türkiyə çempionu ilə kubokun qalibi arasındakı qarşılaşmaya paytaxt Riyad ev sahibliyi edəcək. Matç 60 min tamaşaçı tutumuna malik “Kral Fəth” stadionunda oynanılacaq. 

Qeyd edək ki, matçın dekabrın sonlarında oynanılması planlaşdırılır.

writer photo
Əlirza Əlirzalı
0