İtaliya ilə yoldaşlıq oyununda zədələnən Türkiyə millisinin futbolçusu Ozan Kabak meydançanı xərəkdə tərk edərək xəstəxanaya aparılıb.
Apasport.az xəbər verir ki, futbolçunun son durumu ilə bağlı Türkiyə Futbol Federasiyası açıqlama yayıb.
Yoxlamalar nəticəsində Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. 24 yaşlı müdafiəçinin zədəsi ciddi olduğu üçün Türkiyənin AVRO-2024 heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Ozan Kabak AVRO-2024 öncəsi zədə səbəbindən heyətdən kənarlaşdırılan üçüncü futbolçu olub. Bundan əvvəl Çağlar Söyüncü və Enes Ünal zədəli olduqları üçün millinin heyətindən uzaqlaşdırılıb.