Türkiyədə daha bir israilli futbolçu saxlanıldı
15.01.2024 - 13:52
Türkiyədə daha bir israilli futbolçu saxlanıldı

Türkiyədə daha bir israilli futbolçu saxlanılıb. 

Apasport.az xəbər verir ki, "Başakşehir"in futbolçusu Eden Karzev sosial media hesabında İsrail-Fələstin müharibəsinin 100. günü ilə bağlı paylaşım edib. 

Klubdan verilən açıqlamada 23 yaşlı yarımmüdafiəçi haqqında intizam istintaqının başladıldığı və futbolçudan yazılı izahat alınacağı bildirilib. 

Qeyd edək ki, bundan öncə "Antalyaspor" klubunun israilli futbolçusu Saqiv Yehezkel qol sevinci zamanı müharibəyə işarə etdiyinə görə saxlanılıb. 

writer photo
Əlirza Əlirzalı
0