2024-2025-ci illər mövsümünün ilk həftəsi son çempion "Qalatasaray"ın matçıyla başlayacaq.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" bu gün evdə "Hatayspor"u qəbul edəcək.
Azarkeşlər yeni transfer Qabriel Saranı meydanda görmək üçün səbirsizlənir. Onun bu gün axşam əsas heyətdə oyuna çıxma ehtimalı yüksək görünür. Yeni transferlərdən Mişi Batşuayinin isə ehtiyat oyunçular skamyasında olacağı gözlənilir. "Kopenhagen"dən 9 milyon avroya transfer edilən Elias Jelertin də zədəsi davam edir.
"Qalatasaray" və "Hatayspor" bu günə qədər Super Liqada 8 dəfə rəqib olub. Bunlardan beşində İstanbul təmsilçisi, üçündə isə "Hatayspor" rəqibindən üstün olmağı bacarıb. Topların nisbətində də "aslanın" üstünlüyü var - 15:10.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" yeganə səfər məğlubiyyətini məhz "Hatayspor"dan almışdı.