Türkiyəli hakim Konfrans Liqasının yarımfinal matçını idarə edəcək
06.05.2024 - 17:54
Türkiyəli hakim Konfrans Liqasının yarımfinal matçını idarə edəcək

UEFA Konfrans Liqasında Belçikanın "Brügge" komandası ilə İtaliya təmsilçisi "Fiorentina" arasında keçiriləcək yarımfinalın cavab oyununun hakimləri bəlli olub. 

Apasport.az xəbər verir ki, qarşılaşmanın fitini FİFA lisenziyasına malik türkiyəli hakim Halil Umut Meler səsləndirəcək.

8 mayda keçiriləcək görüşdə Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq.

Qeyd edək ki, “Brügge” və “Fiorentina” arasında keçirilən ilk oyun İtaliya komandasının 3:2 hesablı üstünlüyü ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0