Türkiyəli mütəxəssis: “O, meydanda yox kimidir”
13.11.2023 - 22:42
Türkiyəli mütəxəssis: “O, meydanda yox kimidir”

"Tadiç heç yerdə görünmür”.

Apasport.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq futbolçusu İlker Yağcıoğlu deyib.

Təcrübəli mütəxəssis “Fənərbaxça”nın futbolçusu Duşan Tadiçin performansını şərh edib: “O, son həftələr meydanda yox kimidir. Onun oyuna heç bir töhfəsi yoxdur. Mənə elə gəlir ki, o, işini görməli olduğu yerdə, dostlarını idarə etməyə çalışır. O, məni çox narahat etməyə başlayıb. Davamlı olaraq meydanda dostlarını idarə etməyə, əli və qolu ilə göstəriş verməyə çalışan bir oyunçu görürəm".

Qeyd edək ki, Tadiç İstanbul klubunda 11 oyunda 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0