UEFA-dan “Barselona”ya cəza
04.11.2023 - 14:26
UEFA-dan “Barselona”ya cəza

UEFA “Barselona”nı cəzalandırıb.

Apasport.az xəbər verir ki, qitə futbol qurumu hesabat səhvlərinə görə Kataloniya klubuna 500 min avro cərimə kəsib.

Buna səbəb qeyri-maddi aktivlərin satışından əldə edilən mənfəətin hesabatında səhvlərin olması olub. Klubların Maliyyə Nəzarəti Qurumunun Apellyasiya Palatası ispaniyalıların şikayətini rədd edib və cəzanı qüvvədə saxlamağa qərar verib.

writer photo
Əlirza Əlirzalı
0