UEFA PSJ və “Marsel”i Maliyyə Feyr-Pleyini pozduqlarına görə cəzalandıracaq.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu son üç maliyyə ilində klubun ciddi itkilərə məruz qalması səbəbindən parislilərin fəaliyyətinə nəzarət edir.
Söhbət 30 milyon avroluq çatışmazlıqdan gedir. Bu səbəbdən PSJ-nin cəzası “Marsel”dən sərt olacaq. UEFA problemin qlobal həlli ilə bağlı hər iki kluba məktub göndərib. Fransa təmsilçiləri ciddi sanksiyaların qarşısını almaq üçün növbəti üç mövsümdə bir sıra idman və maliyyə tədbirləri tətbiq etməlidir.
Klubların qərara etiraz etmək, İdman Arbitraj Məhkəməsinə ikinci apellyasiya şikayəti vermək hüququ var.