Ukrayna – İtaliya matçı Almaniyada
14.10.2023 - 10:47
Ukrayna – İtaliya matçı Almaniyada

Ukrayna – İtaliya oyununun yeri dəqiqləşib.

Apasport.az xəbər verir ki, bunu Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti açıqlayıb.

AVRO-2024-ün seçmə mərhələsinin görüşü Almaniyada keçiriləcək. Noyabrın 20-də baş tutacaq matça Leverkuzen ev sahibliyi edəcək. Qarşılaşma “BayArena”da təşkil olunacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0