Ulduz futbolçu üçün keçilməz müdafiəçilər
20.08.2022 - 23:21
Ulduz futbolçu üçün keçilməz müdafiəçilər

“Tottenhem”in hücumçusu Harri Keyn karyerası ərzində qarşılaşdığı ən çətin müdafiəçilərin adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü 2 oyunçunu xüsusi fərqləndirib.

Bunlar “Çelsi”nin sabiq kapitanı Con Terri və uzun illər “Yuventus”a liderlik etmiş Corcio Kyellinidir: “Bir neçə müdafiəçi var ki, qarşılaşdığım ən çətin rəqib olub. Karyeramın əvvəlində bu, Con Terri idi. O, çox ağıllı, barışmaz idi və bədənini idarə etməyi bacarırdı. Digəri isə Corcio Kyellini oldu. İtaliya və “Yuventus”la matçlarda ona qarşı oynamışam. Çox ağıllı, güclü və fiziki cəhətdən sağlamdır”.

Qeyd edək ki, karyerasının böyük hissəsini “Çelsi”də keçirən Con Terri 2018-ci ildə karyerasını “Aston Villa”da başa vurub. Kyellini isə 17 il “Yuventus”un formasını geyinib. O, bu yay “Los Anceles Qalaksi”yə keçib.

writer photo
Əlirza Əlirzalı
0