Ulduz futbolçunun yeməyinə yuxu dərmanı qatıldı, 10 min avrosu oğurlandı
09.07.2022 - 16:17
Ulduz futbolçunun yeməyinə yuxu dərmanı qatıldı, 10 min avrosu oğurlandı

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde və həyat yoldaşı İbizada tətildə olarkən qarət edilib.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı futbolçunun həyat yoldaşı Mina Bonino instaqram səhifəsi vasitəsilə yayıb.

Onun sözlərinə görə, istirahət zamanı 10 min avro nəğd pulları oğurlanıb. Boninonun fikrincə, onların yeməklərinə yuxu dərmanı qatıldıqdan sonra hadisə baş verib: “Biz evə gələndə aşpaz artıq orada idi. Mənə dedi ki, evin bir açarı var, bizə problem yaratmadan səhər yeməyi hazırlamaq üçün aparacaq. Ertəsi gün yataqdan qalxa bilmədim. Oyandıqdan sonra birinci mərtəbəyə endim və qonaq otağında üç çantamı gördüm. Əşyalarım yerdə idi. Sonra sahildə çatandan pul çıxarmaq istədim, gördüm ki, içi boşdur. Aşpaz dedi ki, bu qarışıqlığı bizə səhər yeməyi hazırlayarkən görüb. Sonra ev sahibləri gəldi. Dedilər ki, ola bilsin, yeməyimizə nəsə qatılıb. Onlar bunu aşpazın etdiyinən əmin idilər”.

Qeyd edək ki, Federiko Valverde 2017-ci ildən “Real”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0