Uokerə Premyer Liqadan müştəri
17.04.2023 - 22:36
“Mançester Siti”nin futbolçusu Kayl Uokeri heyətinə qatmaq istəyən klublardan biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Aston Villa” maraqlıdır.
Birminhemlilərin baş məşqçisi Unai Emeri futbolçunun Premyer Liqada qalmasını istəyir. Klub rəhbərliyi ispan mütəxəssisin istəyini reallaşdırmağa razılıq verib.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi 2017-ci ildən “şəhərlilər”in formasını geyinir.
0
0