Valverdedən “Real” qərarı
15.09.2022 - 17:00
Valverdedən “Real” qərarı

Federiko Valverde “Real”da qalacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı uruqvaylı futbolçu verib.

24 yaşlı yarımmüdafiəçi İspaniya nəhəngini tərk etməmək barədə qərar qəbul edib. Bir neçə klubdan, o cümlədən “Liverpul”dan cəlbedici təkliflər alan cənubi amerikalı Madrid təmsilçisini tərk etməməyə üstünlük verib.

Qeyd edək ki, 2018-ci ildən “Real”da çıxış edən Valverdenin müqaviləsi 2027-ci ilin sonunda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0