Van de Bek üçün 15 milyonluq təklif
11.10.2022 - 18:00
Van de Bek üçün 15 milyonluq təklif

“Mançester Yunayted”in futbolçusu Donni van de Bek komandasını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçinin “Lester”ə keçəcəyi gözlənilir.

“Tülkülər” 25 yaşlı futbolçu üçün 15 milyon avro ödəmək niyyətindədir. 2020-ci ilin sentyabrında Donni üçün “Ayaks”a 39 milyon verən mançesterlilərin təklifi qəbul edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, van de Bek cari mövsümdə zədə üzündən cəmi 19 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0