Vinisius ayın ən yaxşısı seçildi
30.03.2024 - 14:46
Vinisius ayın ən yaxşısı seçildi

İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, "Real"ın hücumçusu Vinisius Junior olub. 23 yaşlı oyunçu “Barselona”dan Robert Levandovskini, “Real Sosyedad”dan Bris Mendeşi, “Vilyarreal”dan Aleksandr Serlotu və “Atletik”dən Qorka Qorosetanı qabaqlayıb.

Vinisius aprel ayında 3 oyuna çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçu ümumilikdə bu mövsüm 27 oyun keçirib, 18 qol vurub və 8 qolun ötürməsini edib.

writer photo
Əlirza Əlirzalı
0