Niderlandın "Vitess" klubu rusiyalı oliqarx Roman Abramoviç tərəfindən maliyyələşdirildiyi barədə məlumatı təkzib edib.
Apasport.az xəbər verir ki, bu barədə daha əvvəl Britaniyanın “The Guardian” nəşri məlumat yayıb. Onların fikrincə, “Çelsi”nin keçmiş sahibi gizli şəkildə komandanın alınmasında iştirak edib və hələ 2010-2016-cı illərdə onu qeyri-rəsmi şəkildə maliyyələşdirib.
“Guardian məqaləsinin əsaslandığı məlumat kluba heç vaxt məlum deyildi. Təşkilatımız ölkənin futbol federasiyası ilə əməkdaşlıq edib, onun araşdırması nəticəsində heç bir qanun pozuntusu aşkar edilməyib”, – məlumatda deyilir.
"Vitess", sənədlərə görə, səhmdarı iş adamı Şalva Çiqirinski olan "Marindale Trading Limited"dən vəsait aldığını təsdiqləyib. Şirkətin maliyyələşdirmə üsulları kluba məlum deyil, komanda heç bir kredit müqaviləsi bağlamayıb.
Klubun maliyyələşməsi bir neçə dəfə yoxlanılıb, hər dəfə klub bütün lazımi sənədləri təqdim edib və UEFA-nın bununla bağlı heç bir iradı olmayıb.