Xabi Alonso İspaniya klubuna gedir
05.10.2022 - 18:42
Xabi Alonso İspaniya klubuna gedir

“Bayer”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunu Xabi Alonso çalışdıracaq.

İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Bundesliqa klubunun sükanı arxasına keçməyə razılıq verib. Onunla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, 2019-22-ci illərdə “Real Sosyedad B”yə rəhbərlik edən Alonsonun son iş yeri “Real”ın yeniyetmələrdən ibarət komandası olub.
 

writer photo
Əlirza Əlirzalı
0