Xabi Alonso "Liverpul"a keçidi ilə bağlı iddiaları cavablandırdı
05.02.2024 - 19:18
Xabi Alonso "Liverpul"a keçidi ilə bağlı iddiaları cavablandırdı

Xabi Alonso "Liverpul"a keçidi ilə bağlı danışıb. 

Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, "Bayer Leverkuzen"in 42 yaşlı baş məşqçisi jurnalistlərlə söhbətində "Liverpul"da mümkün iş barədə sualı cavablandırıb.

“Futbolda şayiələr normaldır. Amma hazırda bütün diqqətimi "Bayer"ə yönəltmişəm. Bu klubda işləməkdən xoşbəxtəm. Əla işlər görürük, gələcək üçün narahat olmayın. Mən yalnız indiki zamanda yaşayıram”.

Qeyd edək ki, Alonsonun klubu Bundesliqada 20 turdan sonra siyahıda 1-ci sırada yer alıb.

writer photo
Əlirza Əlirzalı
0