Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”
13.10.2022 - 09:44
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

“İkinci hissədə çox səhv etdik. Bu turnirdə səhvlər baha başa gəlir”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsində “İnter”lə keçirilən ev oyunundan sonra deyib.

İspaniyalı mütəxəssis 3:3 hesabı ilə başa çatan qarşılaşmanın ardından növbəti mərhələyə yüksəlməyə layiq olmadıqlarını etiraf edib: “Biz xarakterlə mübarizə aparmağa çalışdıq. Amma evdə “İnter”i məğlub edə bilmirsənsə, Çempionlar Liqasında irəliləməyə layiq deyilsən. Bilirik ki, artıq bizim əlimizdə deyil. Çempionlar Liqasında davam etməyə layiq deyilik. Çox az ümid var. Mən baş məşqçiyəm, oyunçularım səhv etdikdə cavab verməliyəm”.

Qeyd edək ki, “Barselona” sona iki tur qalmış 4 xalla 3-cü pillədə qərarlaşıb və ikinci sıradakı “İnter”dən 3 xal geri qalır.
 

writer photo
Əlirza Əlirzalı
0