Xavi istədi, “Barselona” gözləyir
30.01.2023 - 14:16
Xavi istədi, “Barselona” gözləyir

“Çelsi”nin futbolçusu Sezar Aspilikueta yenidən “Barselona”nın hədəfinə düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu 34 yaşlı ispaniyalı müdafiəçini yayda heyətinə qatmağı planlaşdırır.

Sezarın keçidini baş məşqçi Xavi istəyib. Londonluların yayda müdafiə xəttini yeniləyəcəyini gözləyən “Barselona” bundan yararlanmaq fikrindədir.

Qeyd edək ki, Aspilikueta 2012-ci ildən “Çelsi”də çxıış edir.

writer photo
Əlirza Əlirzalı
0