Xavi Torresi satmağa qoymadı
05.09.2022 - 00:00
Xavi Torresi satmağa qoymadı

Ferran Torresin “Barselona”da qalma səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, hücumçu transfer pəncərəsinin son günündə İngiltərəyə qayıtmağa yaxın olub.

22 yaşlı ispaniyalı “Arsenal”dan təklif alıb. “Barselona” rəhbərliyi də onu satmaq fikrinə düşüb. Lakin baş məşqçi Xavi Ferranın satılmasına razı olmayıb.

Qeyd edək ki, Torres cari mövsüm 3 oyunda cəmi 99 dəqiqə meydanda olub.
 

writer photo
Əlirza Əlirzalı
0