Xavidən Messinin “Barselona”ya qayıtmaq ehtimalına MÜNASİBƏT
26.07.2022 - 11:44
Xavidən Messinin “Barselona”ya qayıtmaq ehtimalına MÜNASİBƏT

PSJ-nin hücumçusu Lionel Messi bu yay “Barselona”ya qayıtmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun baş məşqçisi Xavi Ernandes açıqlayıb.

Çalışdırıcı bildirib ki, argentinalı superulduzun gələn il yenidən “Barselona” forması geyinməsi mümkündür: “Messinin indi qayıtması mümkün deyil. Çünki onun PSJ ilə qüvvədə olan müqaviləsi var. Leo futbol tarixinin ən yaxşı futbolçusudur, amma indi bu haqda danışmağın mənası yoxdur. Görək gələcəkdə nə olacaq. Klub prezidenti Joan Laporta da Messinin “Barsa”dakı hekayəsinin hələ bitmədiyini dedi”.

Qeyd edək ki, Joan Laporta bir neçə gün əvvəl açıqlamasında Messinin karyerasını “Barselona”da bitirməsi üçün əlindən gələni edəcəyini bildirib.
 

writer photo
Əlirza Əlirzalı
0