Xavyer Tebas: “Peres masa arxasında uduzmağı sevmir”
11.11.2022 - 09:25
Xavyer Tebas: “Peres masa arxasında uduzmağı sevmir”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas baş tutmayan Superliqa layihəsi ilə bağlı növbəti dəfə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, o, turnirin əsas təşəbbüskarı olan “Real”ın prezidenti Florentino Peresi tənqid edib.

Tebasın fikrincə, Peres digər həmkarlarına bununla bağlı təzyiq edir: “2021-ci ilin aprelində təqdim olunan və indi bizə təklif etmək istədikləri Superliqa ölkə çempionatlarının, gələcəkdə isə onu təbliğ edən klubların məhvinə gətirib çıxaracaq. Florentino Peres daim “Yuventus”un prezidenti Andrea Anyelli və “Barselona”nın rəhbəri Joan Laporta təzyiq göstərir. Çünki Peres masa arxasında uduzmağı sevmir”.

Qeyd edək ki, Superliqa layihəsi “Real”, “Barselona” və “Yuventus” tərəfindən dəstəklənməyə davam edir.
 

writer photo
Əlirza Əlirzalı
0