Yamal millidən ayrıldı
10.10.2023 - 11:57
Yamal millidən ayrıldı

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin düşərgəsini tərk edib.

Apasport.az xəbər verir ki, buna gənc hücumçunun zədəsi səbəb olub. 

Bunadək “Barselona”nın mətbuat xidməti Yamalın zədələndiyini açıqlasa da, futbolçu millinin toplanışına yollanmışdı. Yığmanın düşərgəsində təkrar müayinələrdən keçən forvard yenidən klubuna qayıdıb.

Qeyd edək ki, Lamin cari mövsümün 9 oyununda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0