Yarımfinalda “El Klasiko”
30.01.2023 - 16:59
Yarımfinalda “El Klasiko”

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, finalın bir addımlığında “El Klasiko” baş tutacaq.

“Real”la “Barselona”nın ilk görüşü martın 1-də “Santyaqo Bernabeu”da, cavab oyunu aprelin 5-də “Nou Kamp”da keçiriləcək. Digər cütdə isə “Osasuna” ilə “Atletik” qarşılaşacaq.

Qeyd edək ki, final matçı mayın 6-da təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0