Yığmaya 3 namizəd - ADLAR
26.01.2023 - 18:13
Yığmaya 3 namizəd - ADLAR

Belçika Futbol Federasiyası millinin baş məşqçisi postuna namizədlərin siyahısını açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, “qırmızı iblislər”in “sükanı arxasına” keçəcək çalışdırıcıların adları bəlli olub. 

Komanda Yoahim Löv, Maurisio Poçettino və ya Andre Villaş-Boaşdan birinə həvalə ediləcək. 

Qeyd edək ki, DÇ-2022-dən sonra Belçika millisinin zəif nəticələri səbəbindən baş məşqçisi Roberto Martines komandadan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0