“Düzünü desəm, oyundan sonrakı hisslər müstəsna idi”.
Apasport.az xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.
Almaniyalı mütəxəssis “Fulhem” üzərində qələbədən (4:3) danışıb. O, İngiltərə çempionatının 14-cü turunun matçını belə şərh edib: “Oyun zamanı bəzən bir az fərqli olurdu. Çox güclü idik, çox yaxşı başladıq, qol vurduq.
3:3-dən sonra hamı gördü ki, uşaqlar qələbəni daha çox istəyirlər və bu gün bir az şanslı olduğumuz üçün əldə etdik. Möhtəşəm bir təcrübə deyərdim. Burada olan hər kəs, məncə, matçdan əvvəl heç kimin həyatında unuda bilməyəcəyi bir oyun olacağını düşünməzdi. Bu gün burada olan hər kəs bunu heç vaxt unutmayacaq”.
Qeyd edək ki, “Liverpul” 14 turdan sonra 31 xalla Premyer Liqada ikinci pillədə qərarlaşıb.