"Yuventus" 40 milyona yarımmüdafiəçi alır
24.01.2024 - 10:18
"Yuventus" 40 milyona yarımmüdafiəçi alır

"Atalanta"nın yarımmüdafiəçisi Thoen Kopmijners "Yuventus"a keçə bilər.

Apasport.az xəbər verir ki, "Yuventus" rəhbərliyi yayda reallaşdırmaq istədiyi transferin şərtlərini əvvəlcədən razılaşdırmağa çalışacaq,

Turin klubu hollandiyalı üçün 40 milyon avro və bonuslar təklif etməyə hazırdır.

Thoen bu mövsüm "Atalanta" heyətində 26 oyuna çıxıb, 7 qol vurub, 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirib.

writer photo
Əlirza Əlirzalı
0