“Yuventus” “Arsenal”dan futbolçu alır
18.11.2023 - 18:26
“Yuventus” “Arsenal”dan futbolçu alır

“Yuventus” “Arsenal”ın  yarımmüdafiəçisi Tomas Parti ilə danışıqlar aparır.

 Apasport.az xəbər verir ki, “topçular”ın zədəli oyunçusu yanvarda “Yuventus”a gedə bilər.

Zədəyə meyili Tomasın klubda sonuncu matçı oktyabrın 8-də “Mançester Siti”yə qarşı olub.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin “topçular”la müqaviləsi 2025-ci ildə başa çatır və daimi transfer təklifi gələrsə, klubu 30 milyon avro tələb edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0