“Yuventus” Depaydan imtina edir
22.08.2022 - 14:51
“Yuventus” Depaydan imtina edir

“Yuventus” “Barselona”nın hücumçusu Memfis Depay almaqdan imtina edə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb tərəflərin müqavilənin şərtlərində hələ də razılığa gələ bilməməsidir.

“Qoca sinyora” kataloniyalılarla bu transferdə razılaşsa da, Niderland millisinin üzvünün şərtləri sərfəli deyil. 28 yaşlı forvardın meneceri Sebastyan Ledyur danışıq aparmaq üçün yollandığı Turində illik 7 milyon avro və bonuslar olmaqla 2+1 illik müqavilə tələb edib. A seriyası təmsilçisi isə qərar vermək üçün ondan vaxt istəyib. Rəhbərlik hazırda alternativ variant axtarışındadır.

Qeyd edək ki, Memfis Depayın “Barselona” ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0