“Yuventus” müdafiəçi axtarışında
16.10.2023 - 15:39
“Yuventus” müdafiəçi axtarışında

“Yuventus” müdafiəçi axtarışına start verib.

Apasport.az xəbər verir ki, İtaliya klubu Aleks Sandroya əvəzləyici axtarır.

Müqaviləsi yayda başa çatacaq 32 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Turinlilər braziliyalının mövqeyinə ucuz qiymətə və ya azad agent statuslu müdafiəçi almağı planlaşdırır.

“Yuventus”un transfer siyahısında iki oyunçu var. “Atletik”dən Mario Ermoso və “Lill”dən Tiaqo Calo “byankoneri”nin maraq dairəsindədir. 

Qeyd edək ki, hər iki futbolçu mövsümün sonunda azad agent statusu alacaq.
 

writer photo
Əlirza Əlirzalı
0