"Yuventus" Poqbanı yola sala bilər - SƏBƏB
03.02.2023 - 15:02
"Yuventus" Poqbanı yola sala bilər - SƏBƏB

"Yuventus" yayda Pol Poqba ilə yolları ayıra bilər. 

Apasport.az saytı xəbər verir ki, fransız futbolçu keçən yay "Mançester Yunayted"lə müqaviləsi başa çatdıqdan sonra İtaliyaya qayıtsa da, dizindən aldığı zədə səbəbindən rəsmi oyunlarda hələ bir dəqiqə də oynamayıb.

29 yaşlı yarımmüdafiəçi bu mövsüm Turin təmsilçisinin 27 matçını buraxıb. Komanda rəhbərliyi hesab edir ki, futbolçunun üzləşdiyi fiziki problemlər yayda menisk zədəsinin müalicəsinə yanlış yanaşma ilə bağlıdır.

Qeyd edək ki, komandası ilə 2026-cı ilin yayına qədər müqaviləsi olan Poqba ildə təxminən 7,5 milyon avro məvacib alır.

writer photo
Əlirza Əlirzalı
0