“Yuventus” təhlükədə: Avrokuboklardan uzaqlaşdırılır
21.12.2022 - 11:59
“Yuventus” təhlükədə: Avrokuboklardan uzaqlaşdırılır

“Yuventus” avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “La Gazzetta dello Sport” nəşri iddia edir.

Bildirilir ki, UEFA maliyyə pozuntuları üzündən Turin təmsilçisinə ağır sanksiya verə bilər. Hazırda davam edən araşdırmalar pozuntu faktlarını təsdiqləsə, “ağ-qaralar” beynəlxalq turnirlərə buraxılmayacaq.

Qeyd edək ki, “Yuventus” koronavirus pandemiyası dövründə futbolçuların maaşlarını dayandırdığını açıqlasa da, onlara gizlin ödənişlər etməkdə ittiham olunur. İttihama əsasən 17 oyunçuya 60 milyon avro ödənilib.
 

writer photo
Əlirza Əlirzalı
0