“Yuventus”da 2 ayrılıq olacaq
12.10.2022 - 11:14
“Yuventus”da 2 ayrılıq olacaq

“Yuventus” mövsümün sonunda iki futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira sosial şəbəkə vasitəsilə məlumat verib.

Bunlar müdafiəçilər Xuan Kuadrado və Aleks Sandrodur. Hər iki oyunçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır. Turin klubunun rəhbərliyi onlarla sözləşməni yeniləməmək qərarına gəlib.

Qeyd edək ki, 34 yaşlı Xuan Kuadrado bu mövsüm 12 oyun, 31 yaşlı Aleks Sandro isə 10 matç keçirib. Hər ikisi 2015-ci ildən “qoca sinyora”nın formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0