“Yuventus”dan 110 milyonluq tələb
14.01.2023 - 15:53
“Yuventus”dan 110 milyonluq tələb

“Yuventus” futbolçusu Duşan Vlahoviçi satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu serbiyalı hücumçu üçün istədiyi məbləği də açıqlayıb.

Turin təmsilçisi forvardın transferindən 110 milyon avro qazanmağı planlaşdırır. Duşanın xidmətində “Arsenal”, “Barselona” və “Bavariya” maraqlıdır.

Qeyd edək ki, hücumçu İngiltərə çempionatında çıxış etmək arzusundadır.

writer photo
Əlirza Əlirzalı
0