“Yuventus”un 18 ildən sonrakı durumu
12.09.2022 - 22:03
“Yuventus” A seriyasının “Salernitana” ilə oyununda əzmkar heç-heçəyə nail olub.
Apasport.az saytının məlumatına görə, birinci hissədə yarıda iki cavabsız qol buraxan Turin klubu son 18 ildə ilk dəfə belə duruma düşüb.
“Yuventus”un A seriyasının ev oyununda ilk yarıda 2 top fərqi ilə uduzmasına sonuncu dəfə 2004-cü il aprelin 25-də təsadüf olunub. Həmin vaxt Marçello Lippinin çalışdırdığı komanda “Leççe” ilə görüşüb. Fasiləyə 1:3 hesabı ilə geridə yollanan “Yuventus” oyunda dönüş yarada bilməyib – 3:4.
Qeyd edək ki, “Yuventus” – “Salernitana” matçı 2:2 hesabı ilə başa çatıb.
0
0