"Yuventus"un baş məşqçisi postuna iki namizəd
18.03.2024 - 15:32
“Yuventus” klubun son nəticələrindən narazıdır, ona görə də yayda mövsümlərarası fasilədə baş məşqçini dəyişmək imkanını nəzərdən keçirir.
Apasport.az xəbər verir ki, Massimiliano Alleqri məşqçi kreslosunu tərk edə bilər.
Qeyd olunur ki, “Yuventus”un baş məşqçisi postuna iddialılar siyahısında birinci yerdə Tiaqo Motta və Antonio Konte qərarlaşıb.
Motta hazırda "Bolonya"nın "sükan"ı arxasında yaxşı çıxış edir - komanda İtaliya çempionatının turnir cədvəlində dördüncü yerdədir. Konteyə gəlincə, o, “Yuventus”dan ayrıldıqdan sonra bir ildir ki, məşqçi kimi çalışmır.
0
0