“Yuventus”un futbolçusuna 35 milyon 
28.10.2023 - 13:41
“Yuventus”un futbolçusuna 35 milyon 

“Yuventus”un daha bir futbolçusu İngiltərədən təklif alıb.

Apasport.az xəbər verir ki, Manuel Lokatelli karyerasını Premyer Liqada davam etdirə bilər.

İtaliyalı yarımmüdafiəçi “Vest Hem”in transfer hədəfinə çevrilib. Londonlular onun keçidi üçün təklif göndərib.

Qeyd edək ki, “Vest Hem” transferə 35 milyon avro xərcləməyə razıdır.

writer photo
Əlirza Əlirzalı
0