“Yuventus”un gözü “Valensiya”nın qapısında
21.10.2022 - 00:38
“Yuventus”un gözü “Valensiya”nın qapısında

“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, gürcü əlcək sahibi “Yuventus”un maraq dairəsindədir.

Turin təmsilçisi ona Voytseh Şensnının əvəzləyicisi gözü ilə baxır. Mamardaşvili digər Avropa nəhənglərinin də maraq dairəsindədir.

Qeyd edək ki, “Mançester Yunayted” də qapıçını heyətində görmək istəyir.

writer photo
Əlirza Əlirzalı
0