"Yuventus"un yarımmüdafiəçisi saxlanıldı - TƏCAVÜZ
15.02.2023 - 09:58
"Yuventus"un yarımmüdafiəçisi saxlanıldı - TƏCAVÜZ

"Yuventus"un yarımmüdafiəçisi Mohammed İhattaren Amsterdam polisi tərəfindən saxlanılıb.

Apasport.az saytı xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “TikTok”da tanınmış simalardan olan keçmiş sevgilisi Yasminə təcavüzdə şübhəli bilinir.
 
Cütlük sosial şəbəkələrdə fotolar yerləşdirib, qız nişan üzüyünə bənzəyən üzüyü göstərib, lakin qısa müddət sonra gənclər ayrılıb.

Bazar ertəsi niderlandlı oyunçunun evində axtarış aparılıb. İhattarenin polis tərəfindən dindirildiyi və həbs edildiyi bildirilir.

Qeyd edək ki, bu gənc futbolçu ilə bağlı ilk belə hal deyil. İhattaren 2022-ci ilin noyabrında başqa bir qızı təhdid etdiyi üçün polis tərəfindən saxlanılmışdı.

writer photo
Əlirza Əlirzalı
0